Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd (Robert Floyd) ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivlərini və regional məsələləri müzakirə ediblər.
**17:11
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmin əsas mövzusu olub.
**
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Tanzaniyanın xarici işlər naziri January Makamba ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan və Tanzaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. İkitərəfli əməkdaşlıq məsələləri də gündəmdə olub.
Görüş zamanı Azərbaycan və Tanzaniya arasında turizm, təhsil, humanitar, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkələr arasında çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan və Tanzaniya tərəfindən Qoşulmama Hərəkatı və BMT kimi çoxtərəfli platformalarda irəli sürülən namizədliklərə və layihələrə göstərilən qarşılıqlı dəstək səviyyəsindən məmnunluq ifadə edib. Bu məzmunda ölkələr arasında keçirilən işçi təmasların vacib rolu vurgulanıb.
Görüş zamanı Azərbaycan və Tanzaniya arasında əməkdaşlıq gündəliyində duran digər məsələlər də müzakirə edilib.
**16:18
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirakı məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşüb.
Bu barədə Senzor.az-a XİN-dən bildirilib.
Görüşdə Azərbaycanın xarici siyasət kursunda Afrika qitəsi ölkələri, o cümlədən Anqola ilə əməkdaşlığın önəmli vektorlardan birini təşkil etdiyi diqqətə çatdırılıb, Azərbaycan və Anqola arasında siyasi, iqtisadi, təhsil, humanitar, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Bu baxımdan, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və xarici siyasət qurumları arasında məsləhətləşmələrin keçirilməsinin faydalılığı qeyd edilib.
BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Anqola əməkdaşlığı məmnunluqla xatırlanıb.
Humanitar sahədə, xüsusilə təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması ilə əlaqədar iki ölkə arasındakı uğurlu əməkdaşlığın tarixi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Anqolalı tələbələrin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarında iştirakı məmnunluqla qeyd edilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**14:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Uqandanın Kampala şəhərində keçirilən 19-cu Zirvə görüşü çərçivəsində Maldivin xarici işlər naziri Musa Zameer ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkədə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Maldivin xarici işlər naziri ölkəni Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə təbriklərini çatdırıb, troyka üzvü kimi Azərbaycanın Hərəkatın daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. İki ölkə arasında turizm, hava nəqliyyatı, təhsil, və digər humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
**13:33
Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirak məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyin Uqandaya təhvil verilməsi xüsusunda təbrikləri Uqandanın dövlət başçısına çatdırılıb, Azərbaycanın öz sədrlik təcrübəsinin Uqanda tərəfi ilə bölüşməyə hazır olduğu bildirilib.
Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb.
Azərbaycan-Uqanda ikitərəfli əlaqələrinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzü, qaçqın və məcburi köçkün probleminə toxunularaq, keçmiş münaqişənin tarixçəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və sonrakı qısamüddətli antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs olunub. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə danışılıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**13:05
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində Uqanda Respublikasının Prezidenti Youeri Kaquta Museveni tərəfindən qəbul edilib.
"Görüş zamanı Azərbaycan və Uqanda arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib", - XİN bildirib.
Xatırladaq ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib.