Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.
Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.