ÜST qızılca ilə bağlı təcili vaksinasiya çağırışı etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

 

“Politico” xəbər verir ki, ÜST-nin Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı qeyd olunub. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

 

ÜST-nin məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir. Covid-19 pandemiyası 2020-2022-ci illərdə uşaqların immunizasiya prosesinə mane olub. 1,8 milyon uşağa bu periodda vaksin vurulmadığı təxmin edilir.

 

APA xatırladır ki, ötən həftə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi də qızılca hallarının ölkə boyunca yayıldığını bəyan edib. Milli Səhiyyə Xidməti isə bazar ertəsindən etibarən qızılca əleyhinə genişmiqyaslı vaksinasiya kampaniyasına başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.