Astanada Suriya böhranına həsr olunmuş XXI sammit işə başlayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranına həsr olunmuş XXI sammit işinə başlayıb.


“Report” xəbər verir ki, iclasda Türkiyəni xarici işlər nazirinin müavini Ahmet Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.


İclasda Rusiya Prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, İran isə Xarici İşlər Nazirliyinin siyasi işlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.


Şam hakimiyyətindən xarici işlər nazirinin müavini Bassam Sabbagh, müxalifətdən isə Əhmət Tuma müzakirələrdə iştirak edirlər.


Həmçinin, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin köməkçisi Nəjat Roçdi və müşahidəçi ölkələr olan İraq, Liviya, İordaniya nümayəndələri də iclasa qatılıblar.


Müzakirələr 2 gün davam edəcək. Nümayəndə heyətləri Suriyadakı mövcud durum, ölkənin bərpası və humanitar səylər barədə fikir mübadiləsi aparacaqlar. Habelə, Suriyada terrorla mübarizə, girovların azad edilməsi, itkinlərin axtarılması kimi məsələlər də gündəlikdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.