Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib
YENİLƏNİB, FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq", - Ərdoğan bildirib.

 

Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 13 müqavilə imzalanıb.

 

**16:24



İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.


Yerli KİV-in verdiyi xəbərə görə, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanır.


Tərəflər ikitərəfli münasibətləri, regional situasiyanı müzakirə edəcəklər.


**15:40

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə gedib.


Yerli KİV xəbər verir ki, onun təyyarəsi artıq Ankara hava limanında eniş edib.


Rəisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırır. Tərəflər ikitərəfli münasibətləri, regional situasiyanı müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.