Qətər İsrailə və HƏMAS-a özünün atəşkəs təklifini təqdim edib.
Bu barədə “Bloomberg” danışıqlarda vasitəçi olan tərəfə istinadən məlumat yayıb.
Məlumata görə, plan Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini nəzərdə tutur, öz növbəsində İsrail bəzi fələstinli məhbusları azad etməli olacaq.
Razılaşmada anklava humanitar yardımdan da bəhs edilir. Qətər tərəfi hesab edir ki, Qəzzaya humanitar yardımın həcmi də artmalıdır.