Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə N.Paşinyan “X”də yazıb.
O bildirib ki, görüşdə regional sülh və sabitlik məsələsini müzakirə ediblər.
Hökumət başçıları, həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
**11:29
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, baş nazirlərin təkbətək görüşündən sonra Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Görüşlərin sonunda hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.