Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah Sankt-Peterburqda yenidən bir araya gələcəklər.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, liderlər ikitərəfli görüş zamanı əlaqəni davam etdirəcəklər.
Qeyd edək ki, bu gün Lukaşenko Sankt-Peterburqa səfər edib və Putinlə birgə Leninqrad mühasirəsinin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak edib.
**14:48
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, dövlət başçısı Leninqradın faşist blokadasından azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Sankt-Peterburqda İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da keçiriləcək. Bundan əlavə, Belarus və Rusiya Federasiyasının liderləri ikitərəfli danışıqlar aparacaqlar.
İki ölkə başçısı Belarusla Rusiyanın qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərini nəzərdən keçirəcək və beynəlxalq məsələləri müzakirə edəcəklər.