Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə baxışı yekunlaşdı – HÖKM NƏ VAXT ELAN OLUNACAQ?

Azərbaycan Respublikasının səfirliyinə basqın edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə İRNA məlumat yayıb. 

 

İclas təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.

 

Məhkəmə Media Mərkəzinin məlumatına görə, prosesdə Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak ediblər. 


İclasın əvvəlində hakim tərəfindən təqsirləndirilən şəxsə ittiham izah edilib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.

 

İttiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, 1 ədəd Kalaşnikov avtomatı və 1 ədəd tapança da daxil olmaqla qanunsuz silah və döyüş sursatları almaqda, gəzdirməkdə və saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur.

 

Əmlakın qəsdən məhv edilməsi və Azərbaycan Respublikası vətəndaşı olan səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirilməsi də iş üzrə təqsirləndirilən şəxslərin digər ittihamları sırasındadır. 

Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı ediblər.

 

Sonda hakim elan edib ki, bununla da bu iş üzrə icraat başa çatdı, məhkəmə sədri isə hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

 

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

 

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.

 

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

 

Baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı Azərbaycan Baş Prokurorluğu tərəfindən diqqətlə izlənilib və qarşı tərəflə mütəmadi əlaqə saxlanılıb.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.