Ailəmi, çolma-çocuğumu götürüb gedəcəm, SEÇKİYƏ!
Ən sevdiyim kostyumumu geyinib, gedəcəm SEÇKİYƏ!
Ən çox bəyəndiyim ayaqqabımla..!
Bir qalstuk taxacam ki..!
Məntəqə qulağımın dibində olsa da, tıxaca səbəb olsam belə, maşınımda "polnıy xod", HİMNƏ qulaq asa-asa gedəcəm SEÇKİYƏ!
BİR SƏS MƏN DƏ UCALACAĞAM!
7 FEVRALDA səsimi verib (başqa gün o, səs mənim nəyimə lazımdır ki?) ən yaxın adamlarımı da götürüb, aparacam restorana!
Əməlli yeyib-içəcəm!
Axşam da (hava necə olursa-olsun) kalan piyada gəzəcəm! NƏ YORULMAQ?! Sevindiyimdən yuxum da qaçacaq!
7 FEVRAL MƏNİM KİMİ MİLYONLARIN DA SEVİNC GÜNÜDÜR!
Niyə bu günə TOYDAN az əhval-ruhiyyə ilə hazırlaşım ki?!
Nəyi əskikdir bu günün, mənim DOĞUM GÜNÜMDƏN?!
Nəyi əskikdir övladımın bu dünyaya gəlişindən, bu günün?!
7 FEVRAL ÖN SIRALARDA DAYANACAĞAM!
Lazım gəlsə lap, NÖVBƏDƏNKƏNAR!!!
Seçki təkcə hüquq deyil, o həm də HAQQDIR!