Brüsseldə Avropa Parlamentinin qarşısındakı meydanda tikanlı məftilli “kirpilər” quraşdırılıb.
Kp.ru-nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.
Bildirilib ki, Belçikanın paytaxtında Avropa Parlamentinin deputatları və hakimiyyət orqanları qəzəbli yerli fermerlərin kolonunun traktorlarla oraya gəlməsinə hazırlaşırlar.
Xatırladaq ki, Avropa ölkələrində fermerlər etiraz aksiyaları keçirirlər. Məsələn, Fransanın 40 kommunasında hökumətdən dəstək tədbirləri tələb edən fermerlərin etiraz aksiyaları keçirilir. Fransız fermerlər vergilərin artırılmasına və kənd təsərrüfatı texnikası üçün yanacağın yüksək qiymətlərinə qarşı çıxır, həmçinin Fransa və Aİ-də ekoloji standartlarla bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.