Zəlzələ bölgəsində 75 min mənzil təhvil veriləcək - ƏRDOĞAN
YENİLƏNİB

Türkiyənin Hatay vilayətində ötən ilin fevraln ayında zəlzələdən sonra yeni tikilən mənzillər zəlzələdən zərər çəkmiş ailələrə təqdim olunub.


Yerli KİV-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdən iştirak edib.


Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin püşkatması və açar təhvil vermə mərasimində mühüm açıqlamalar verib. Dövlət başçısı bildirib ki, birinci mərhələdə Hatayda 7275 mənzilin açarları sahiblərinə təhvil verilib.


Türkiyə Prezidenti qeyd edib ki, 2 ay ərzində zəlzələ bölgəsində 75 min mənzilin təhvil verilməsi tamamlanacaq. R.T.Ərdoğan yardım göstərən ölkələrə öz təşəkkürünü bildirib:


"Başda 11 min 500 əcnəbi qrup üzvü olmaqla, 35 min axtarış-xilasetmə heyətimizə, səhiyyə işçilərimizə, meşə işçilərimizə və bütün qardaşlarımıza öz adımdan təşəkkür edirəm".

**18:18

“Təxminən 1 il əvvəl, 6 fevralda baş verən zəlzələ nəticəsində həyatını itirən 53 mindən çox vətəndaşımızın hər birinə Allahdan rəhmət diləyirəm”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.


Onun sözlərinə görə, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib:


“Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.

**12:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il fevralın 6-da baş vermiş, əsrin fəlakəti adlandırılan zəlzələnin birinci ildönümündə fəlakət bölgəsinə gedəcək.


Yerli KİV xəbər verir ki, Ərdoğanın ilk səfərini bu gün Hataya edəcəyi gözlənilir.


Fevralın 6-da isə ölkə başçısı zəlzələlərin mərkəzi olan Kahramanmaraş şəhərinə gedəcək. Prezident görülən işlərlə tanış olacaq, tikintisi başa çatan yaşayış binalarının təhvil verilməsi mərasimində iştirak edəcək.


Ərdoğan yaxın günlərdə zəlzələ bölgəsinə səfərlərini davam etdirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.