Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
FOTO

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığı arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə SOMDA-nın nümayəndə heyəti Türkiyənin Ankara, Zonquldağ və İstanbul şəhərlərində səfərdə olublar.

 

Dövlət Agentliyinin nümayəndə heyətini polkovnik Qəmərli Ceyhun, polkovnik-leytenant Abıyev Anar, mayor Mustafayev Anar və leytenant Nağıyev Rüstəm təmsil ediblər.

 

Bu barədə Senzor.az-a agentlikdən məlumat verilib.

 

Bildirilib ki, Ankara şəhərində Jandarma Baş Komandanlığında Strateji və xarici əlaqələr rəhbəri general-leytenant Nail İlbəy, Mühafizə idarəsinin rəisi polkovnik Tolqa Gemrek və digər yüksəkrütbəli zabitlərlə görüşlər keçirilərək Jandarma rəhbərliyinə SOMDA haqqında ətraflı məlumat verilib, əlaqələrin mövcud vəziyyəti və daha da inkişaf etdirilməsi müzakirə olunub.

 

Səfər çərçivəsində Jandarma Komando Xüsusi Asayiş Birliyində (JÖAK) qurumun rəisi general-mayor Yusuf Aslan, Jandarma komandanlığının Aviasiya qüvvələri rəisi general-mayor Ferrux Taraxtaş, BOTAŞ-ın (Boru Kəməri Neft Nəqliyyatı Anoniş Şirkəti) rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirilib, terrorla mübarizə, eləcə də hədəflərin havadan kəşfiyyatı, müşahidəsi və zərərsizləşdirilməsi kimi əhəmiyyətli vəzifələr haqqında müzakirələr aparılıb, BOTAŞ şirkətinin qaz idxalı, ixracı, saxlanması və ötürülməsi sahəsində fəaliyyəti ilə tanış olublar. 

 

Nümayəndə heyəti TransAnadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin müzakirə olunduğu ofisinə də baş çəkib, layihənin Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığında əhəmiyyətini vurğulayıb.

 

SOMDA-nın nümayəndə heyəti Zonquldağda ictimai asayişin qorunmasında və Filyos Təbii Qaz Emalı Terminalının mühafizəsində Jandarma Qüvvələrinin rolu ilə tanış olub. 

 

İstanbula səfər çərçivəsində nümayəndə heyətinin üzvləri şəhər Jandarma İdarəsinin rəisi general-leytenant Yusuf Kenan Topçu ilə görüşüb, İstanbul Yeni Hava Limanını və Topkapı Sarayını mühafizə edən obyektlərə baş çəkiblər. Səfər çərçivəsində İctimai asayişin təmin edilməsində, qaçaqmalçılığın qarşısının alınmasında və kritik yerlərin qorunmasında Jandarmın üzərinə düşən vəzifələr vurğulanıb.

 

Bütövlükdə səfərin məqsədi Azərbaycan və Türkiyə arasında müxtəlif strateji və təhlükəsizliklə bağlı sahələrdə əməkdaşlığı gücləndirmək və məlumat mübadiləsi aparmaq olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.