Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS Hərəkatı Siyasi Bürosunun sədri İsmail Haniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, görüşdə əsir mübadiləsi, Qəzzada baş verənlər, atəşkəsin təmin edilməsi və mühasirəni dayandırmağın yolları müzakirə edilib.
Görüşdə, həmçinin Fələstin xalqına humanitar ehtiyacların çatdırılması üçün nələrin edilə biləcəyi müzakirə olunub və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının regionda sabitliyin əsasını təşkil etdiyi vurğulanıb.