“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev jurnalistlərə açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İşçi qrupu yaradılıb.
O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını söyləyib.
“Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik”, - deyə Xidmət rəisi vurğulayıb.