İraqın şimalında “Hakurk” və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın daha beş terrorçusu zərərsizləşdirilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Harada olursa-olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda vurğulanıb.