Çexiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşının Azərbaycanla sərhədi keçən vaxt saxlanılmasını təsdiqləyib.
Çexiyanın ČTK agentliyi xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerova bildirib.
O qeyd edib ki, Çexiyanın Bakıdakı səfirliyi hazırda konsulluq görüşünü istəyir.
**12:54
Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.
Yerli KİV-in məlumatına əsasən, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.
Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.