Məntəqələrə gəlmək imkanı olmayanlara daşınan qutu çatdırılacaq - MSK SƏDRİ
YENİLƏNİB

Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır.


Senzor.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.


O bildirib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır. Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və təhlükəsizlik məsələləri təmin olunmalıdır.

**14:44

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası artıq bir aydan çoxdur Azərbaycandadır. Onlar sabahkı seçkiləri tam tərkibdə müşahidə edəcəklər. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir.


Senzor.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.


“Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. Adətən bu qurumlar səsvermənin nəticəsi ilə bağlı birlikdə hesabat hazırlayırlar”, - deyə MSK-nın sədri əlavə edib.

**

Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur.


Senzor.az xəbər verir ki, bu sözləri fevralın 6-da keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.


Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçinin qeydə alındığını xatırladan M.Pənahov onlar arasında yer alan beynəlxalq müşahidəçilərin ciddi qurumları təmsil etdiklərini vurğulayıb.

**

Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var.


Senzor.az xəbər verir ki, bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.


MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər. Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir.

**

Sabahkı seçkilər Azərbaycan xalqı üçün əhəmiyyətlidir. Çünki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçiriləcək.


Senzor.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.


O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.