Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.
Bu barədə TASS Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Səfər təxirə salınıb. Təfərrüatlar hələlik məlum deyil", - agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl “Hürriyet” qəzetinin əməkdaşı Hande Fırat da səfərin ləğv olunduğunu açıqlayıb.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə TASS-a bildirib ki, Rusiya və Türkiyə prezidentləri arasında təmas üçün hazırlıqlar davam edir, tarixlər razılaşdırılacaq: "Mən səfərin təxirə salındığını təsdiqləyə bilmərəm. Tarixlər açıqlanmayıb".