Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) göy vərəqələrin göstərilməsinin oyun qaydalarına daxil edilməsinə razılıq verib.
TASS-ın məlumatına görə, oyunçuya göy vərəqə göstərildikdən sonra o, 10 dəqiqə meydandan qovulacaq. Bir matçda iki göy vərəqə isə meydandan kənarlaşdırılmağa bərabər olacaq - oyunçuya qırmızı vərəqə göstəriləcək.
Bildirilir ki, yenilik qadın və gənclər futbolunda, eləcə də aşağı liqa yarışlarında sınaqdan keçiriləcək.
Eyni zamanda, İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdə öz yarışlarında bu qaydanı tətbiq etməyə hazırdır.