Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir.
Senzor.az bildirir ki, Məzahir Pənahovun sədrlik etdiyi iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.