Ermənistanın bəzi rəsmi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları qalır
Elin Süleymanov

Ermənistan ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını bəyan etsə də, ölkənin bəzi rəsmi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır.


Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Senzor.az-a verilən məlumata görə, bu barədə səfir Elin Süleymanov Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda nəşr olunan "The Telegraph" qəzetinə müsahibədə səsləndirdiyi iddialara cavab olaraq redaksiyaya ünvanladığı məktubunda bildirib.


Qeyd olunub ki, Nikol Paşinyan Cənubi Qafqazın geosiyasi əhəmiyyəti və ölkəsi ilə Azərbaycan arasında sülhün bərqərar olması zərurətindən danışmasına baxmayaraq, yaxşı bilir ki, iki ölkə arasında mövcud problemlərin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz illik qeyri-qanuni işğalı olub:


"2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın təklif etdiyi sülh sazişi üzrə irəliləməkdə Ermənistanın bu qədər istəksiz olması təəccüb doğurur. Ötən ilin dekabrında hər iki ölkənin liderləri COP29-un Bakıda keçirilməsi ilə bağlı tarixi razılığa gəlməklə davamlı sülhə sadiqliklərini nümayiş etdirdilər. İndi isə xalqlarımız arasında münasibətləri bərpa etmək üçün çalışmalıyıq".


"Sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunmasına baxmayaraq, Ermənistanın nəqliyyat dəhlizinə dair üzərinə götürdüyü öhdəlikləri qəbul etməməsi anlaşılan deyil. Halbuki Azərbaycanın Naxçıvanla maneəsiz tranzit əlaqəsi də daxil olmaqla regional kommunikasiya əlaqələrinin açılması ilk növbədə Ermənistanın uzunmüddətli maraqlarını və iqtisadi ehtiyaclarını təmin edə bilər", - məktubda vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.