ABŞ hipersəs silahlarını izləmək üçün orbitə peyklər çıxardı

“Falcon 9” raketi ABŞ Kosmik Qüvvələrinin “USSF-124” missiyasının bir hissəsi olaraq hipersəs silahlarını izləmək üçün orbitə peyklər çıxarıb.

 

Bu barədə “SpaceX” məlumat yayıb.

 

Buraxılış ABŞ Kosmik Qüvvələrinin Florida ştatında yerləşən bazasından reallaşıb.

 

Bundan əvvəl Pentaqon hipersəs silahlarının monitorinqi üçün nəzərdə tutulmuş aşağı Yer orbitinə peyklər çıxarmaq niyyətində olduğunu açıqlamışdı. Onlardan ikisi hipersəs və ballistik raketləri izləyən qurğularla təchiz ediləcək, dördü isə qırıcı izləmə sisteminin bir hissəsi olacaq.

 

HBTSS (Hypersonik və Ballistik İzləmə Kosmos Sensoru) peykləri hipersəs və ballistik raketləri, eləcə də digər “mütərəqqi silahları” aşkar etməyə imkan verəcək. Gözlənilir ki, yaxın bir neçə həftə ərzində mütəxəssislər cihazların normal işləməsini təsdiqləmək üçün bir sıra testlər və yoxlamalar keçirəcəklər. Peyklərin orbitdə sonrakı sınaqlarına iki il vaxt ayrılıb.

 

AZƏRTAC xatırladır ki, HBTSS üçün peyklərin hazırlanması Amerikanın “L3Harris Technologies” və “Northrop Grumman” hərbi-sənaye şirkətləri tərəfindən həyata keçirilir. 2021-ci ilin yanvarında şirkətlər bu məqsədlər üçün Pentaqondan müvafiq olaraq 122 milyon və 155 milyon dollar alıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.