ABŞ və Britaniya səfirlikləri İrəvanı qarışdırdılar – NECƏ?
FOTO

“ABŞ və Böyük Britaniyanın Ermənistandakı səfirliklərinin nümayəndələrinin erməni şairi Yegişe Çarentsin abidəsi önünə güllər və bir neçə gün öncə ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının şəkillərini qoyması son dərəcə təhqiramizdir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu bəyanatla Ermənistanın “Milli” tarix-mədəniyyət ictimai təşkilatı çıxış edib.


Qeyd edək ki, vəziyyəti gərginləşdirən həm də ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi “X” səhifəsində yerləşdirilən paylaşım olub. Paylaşımda vurğulanıb ki, ABŞ səfiri Kristina Kuinn, Böyük Britaniya səfiri Con Qallaqer və daha bir nəfər məşhur erməni şairi Yeqişe Çarentsin abidəsi önünə gül dəstələri qoyublar. Lakin... ABŞ səfirliyinin rəsmi saytında bildirilir ki, güllər “Rusiya həbsxanasında ölən Aleksey Navalnının xatirəsinə” qoyulub.

 

“Böyük Britaniya və ABŞ nümayəndələrinin belə bir addım atması erməni xalqını öz geosiyasi proseslərinə cəlb etmək cəhdi, erməni ziyalılarının rolunu aşağılamaq, onun mədəni dəyərini aşağı salmaqdır. Biz hər iki səfirlikdən bu addıma aydınlıq gətirilməsini tələb edirik”, - deyə ictimai təşkilatın bəyanatında bildirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.