Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çeçenistana səfər edib.
Senzor.az bildirir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.
Kadırovun paylaşımında bildirilib ki, Medvedev Qroznıya işgüzar səfəri zamanı respublikanın Hərbi Komissarlığına baş çəkib, 10 "Niva" markalı avtomobil hədiyyə edib.
“Kollektiv fəaliyyət, kollektiv iş nəticəsində biz sizə bu avtomobilləri veririk, zəhmət olmasa, onlardan istifadə edin”, – Medvedev Kadırovun Teleqram kanalında yerləşdirdiyi videoda bildirib.