SOS! SOS!! SOS!!!!!!ial şəbəkələrlə düzgün rəftar edək! – BU SEQMENT QURA BİLDİYİ KİMİ, QIRA, DAĞIDA DA BİLİR!
MİR ŞAHİNİ EYNİ MƏSƏLƏYƏ YENİDƏN QAYITMAĞA NƏ VADAR ETDİ?

Deyəsən, nəyisə sonadək izah edə bilməmişəm. Bəzi “qınaq ustalarına”: guya belə videoların yayııması qınaqdır…

 

Əvvəla, təcrübə göstərir ki, belə “ictimai qınaqların” ciddi mənada heç bir faydası yoxdur. Çünki məzmununun mühüm bir hissəsini “deşikdən baxan yengə”, “qızını döyməyən dizini döyər” düşüncəsi tutan korafəhim zehniyyət belə “qınaqlara” tədbir-təsir vasitəsi tək yox, sadəcə öz səviyyəsiz zövqünün gözünü, qarnını doyurmaq aləti tək baxır. 

 

Burda onlarla misal çəkə bilərəm ki, hər biri mənim nə qədər haqlı olduğumu sübut edər. Məsələn: hanı bir müddət əvvəl öz yaşıdını döyən və bu aktın videosunu yayan məktəbli əhvalatının sonu? Məşqçisinin məşq zamanı öldürdüyü cocuq... Başqa bir körpə balamızın hekayəti: gərək ki, ayaqyoluna gedə bilmirdi...

 

Bunlar olsun uşaq məsələsi. Bəs böyüklər necə: ((( İdmançını  döyərək videoya çəkən idmançıların hərəkətini yaxşı “qınamadıq” ki? Bəs Goranboyda xəstəxananın direktorunun döyülməsi… əla “qınamaqdayıq” axı. Əlillik üçün gələn idmançı cüssəlini necə? Onun vurub çənəsini sındırdığı şəxs də müharibə iştirakçısı idi…Əhmədin qətlini deşikdən izlədik-“qınadıq”. Bu “ictimai qınaq” faktları bir-birini doğurdu ya bir-birinin qarşısını aldı..?

 

Dediyim budur ki, bu gün virtual məkanda, onun sosial şəbəkə seqmentində sadəcə hərc-mərclikdir. Nə ictimailəşdirmə, hansı ictimailəşdirmə? Kömək etmək, əl uzatmaq zamanı çəkiliş etməyək. Kənardan durub baxmayaq. Əgər çəkməyə bilmiriksə, çəkiriksə,   yaymayaq!!!  Çəkdiyimizi aparıb təqdim edək hüquq-mühafizə orqanlarına!   Bu fakt barədə, yəni müraciət etməyimiz barədə məlumatı paylaşaq! Bunu nəzarətdə saxlayaq. Reaksiya olmasa bu etinasızlığı qınayaq: “qınaqçılar”!) 

 

Amma belə eləmirik, polisə vermirik, çünki “işverən” deyər hansısa zırrama. Yayırıq! İctimailəşdirmək adına-hələ həyatı sonadək anlamayan balalarımızın gələcəyinə balta çalırıq! Qınaq üçün deyil, çox bəyənilmək, çox baxılmaq üçün paylaşırıq bu videoları. Guya bunu cəmiyyətin diqqətinə çatdırmaq üçün edirik. Amma əslində çox pis iş tuturuq! Mən bundan danışıram. Tədris olunmalıdır sosial şəbəkələrlə davranış: məktəblərdə, hətta bağçalarda! Mənə nəyi və necə yazmağı öyrətmək lazım deyil.  Valideyn məsuliyyəti! Əsas olan budur! Məktəb uşaqların reablitasiya mərkəzi deyil. Məktəbə normal uşaqlar, ailə tərbiyəsi görən balalar göndərək məktəbə, bəlalar yox! Özümüzün görmədiyimiz işə görə kənarı günahlandırmayaq! 

 

SOS! SOS!! SOS!!!!!!ial şəbəkələrlə düzgün rəftar edək! Bu seqment qura bildiyi kimi, qıra, dağıda da bilir!

 

Mir Şahin AĞAYEV, 

REAL TV-nin rəhbəri

 

Senzor.az-dan xatırlatma: Tanınmış jurnalist bu mövzuda dünən axşam da status paylaşmışdı. Görünür, “deyəsən, nəyisə sonadək izah edə bilməmişəm bəzi “qınaq ustalarına...” deyərkən məhz həmin qısa statusunu nəzərdə tutub. Yeri gəlmişkən, o statusda deyilirdi: “Düşünürəm ki, sosial şəbəkələrlə rəftar, bu platformada davranış xüsusi bir fənn kimi tədris olunmalıdır. Bunu etmək artıq labüddür! İndiki halda isə məsələn, şəxsən mənə görə - NƏ ÜZÜ BAĞLI, NƏ ÜZÜ AÇIQ - heç bir belə video paylaşılmamalıdır! Ən azı ona görə ki, üzü bağlı olan adam da onu aşağılayanlar, alçaldanlar kimi özünü o kadrlarda görür: bilir ki, bu odur!  Bu videonu və ya belə videonu ilk dəfə görən və ya əldə edən şəxs onu dərhal polisə təqdim etməli idi və ya etməlidir. Afişalandırmadan! İctimailəşdirmədən! Yalnız o və yalnız polis! Əks təqdirdə hər birimiz bu internet azğınlığının iştirakçısı oluruq! Bu gün yeniyetmənin əlindəki yumurtadan sabah balta çıxır!”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.