Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.
Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt qəbul edilib.
“Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin - Vladimir Putinin adını daşıyacaq”, - Kadırov bildirib.
Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir.