ABŞ Bakı ilə İrəvan arasında sülhə inanır - DÖVLƏT DEPARTAMENTİ

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına kömək etməkdə davam edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

 

"Dövlət katibi Blinken hələ də sülhün əldə oluna biləcəyinə inanır və o, bunu hər iki ölkənin liderləri ilə birbaşa müzakirə edərək, onları qalan məsələlərin həlli üçün birgə işləməyə çağırıb. Biz sülh sazişini təşviq etməyə davam edəcəyik. Bilirəm ki, iki lider Münhendə ikitərəfli görüş keçiriblər. Razılaşmanın əldə edilməsi üçün ABŞ-ın yardım və dəstəyini təklif etməyə davam edəcəyik", - deyə o vurğulayıb.

 

Xatırladaq ki, fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olub.


Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.