Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti İrəvana rəsmi səfərə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, paytaxtın Zvartnots hava limanında fransalı naziri Ermənistanın Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Edvard Asryan qarşılayıb.
Qeyd edilir ki, sabah İrəvanda Lekornu ilə Ermənistan hərbi rəhbərliyi arasında danışıqlar keçiriləcək.
Xatırladaq ki, Lekornu bu gün verdiyi açıqlamada səfərinin “tarixi” olduğunu bildirmişdi, çünki indiyə qədər Fransanın heç bir müdafiə naziri İrəvana gəlməyib(https://www.youtube.com/shorts/VQY6x3n1PZo).