Bu gün Bakı vaxtı ilə saat 22:00-da Azərbaycanın tanınmış araşdırmaçı-jurnalisti, pusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevlə məşhur İsrail kəşfiyyatı mütəxəssisi, hərbi analitik Mark Babot arasında canlı videosöhbət olub.
Senzor.az bildirir ki, jurnalistlə kəşfiyyatçı əsasən İsraildə və Qəzza zolağında dərinləşən, açıq şəkildə aparılan və qəbuledilməz formada uzanan hərbi münaqişəni müzakirə ediblər.
Artıq bir neçə aydır ki, gələcək dünya nizamının formalaşmasının asılı olduğu dramatik hadisələr təkcə bizim regionda – Ukrayna və Cənubi Qafqazda deyil, həm də onun hüdudlarından kənarda qızışıb.
İsrail kiminlə vuruşur – bir dəstə terrorçu və ya öz dövlətini yaratmaq uğrunda silahlı mübarizəyə qalxan Fələstin xalqı ilə?
Yeri gəlmişkən, Çin XİN-in bugünkü bəyanatında məsələ məhz bu cür qoyulub. Qlobal Güney adlanan ölkələrin mütləq əksəriyyəti də eyni mövqeni bölüşür. İstənilən halda İsrail tarixində ilk dəfə qəribə və sanki sonsuz müharibə ilə qarşılaşıb...
Qeyd edək ki, Mark Babot 1979-cu ildən İsrail ordusundadır. Artilleriya, tank qoşunları, piyada diviziyasında və Şimal Hərbi Dairəsində xidmət edib. Birinci Livan müharibəsinin iştirakçısı olub və orada yaralanıb.
1994-1996-cı illərdə İsrailin Kiyevdəki səfirliyinin birinci katibi olub. İsrailə qayıtdıqdan sonra Daxili Dairə (Mülki Müdafiə) rabitəsi rəisinin müavini təyin edilib və Hərbi Dəniz Qüvvələrinin rabitə rəisi olub. Sonra Baş Qərargahın aparıcı əməkdaşlarından biri kimi xidmət edib. O, rabitə, kompüter, idarəetmə, nəzarət və kəşfiyyat sistemləri üzrə mütəxəssisdir.
Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin maraqlı söhbəti oxucularına təqdim edir.