Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, bugünlərdə Zelenskinin səfərinə hazırlıq işləri görülür, lakin səfərin dəqiq vaxtı hələ təsdiqlənməyib. Bununla bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır.
Ehtimallara görə, Ukrayna Prezidentinin İrəvana səfəri mart ayında baş tutacaq.