İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçildi - YENİLƏNİB

Müsavat Partiyasının yeni başqanının adı məlum olub.

 

 

Senzor.az bildirir ki, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib. 

 

Səsvermədə qurultay nümayəndələrindən 275-i İsa Qəmbərin lehinə səs verib.

  

Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.

 

İsa Qəmbər çıxış edərək ona etimad göstərib, lehinə səs verənlərə öz təşəkkürünü bildirib.

 

Daha sonra qurultay iştirakçılarına bildirilib ki, yeni seçilən Məclis üzvləri ilə bağlı nəticələr sabah elan olunacaq.

 

Beləliklə, qurultay öz işini sabah davam etdirəcək. Yaxın həftələrdə isə Divan üzvləri elan olunacaq.

 

Sonda Müsavat Partiyası siyasi məhbusların azad olunması ilə bağlı bəyanat qəbul edib.

 

**11:47


Müsavat Partiyasının XI qurultayı keçirilir.


APA-nın xəbərinə görə, Müsavat Partiyasının başqanlığına yeganə namizəd İsa Qəmbərdir.


Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavatın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığa namizədliklərini açıqlasalar da, İsa Qəmbər namizədliyini irəli sürdükdən sonra qurultaydan öncə onlar geri çəkiliblər.


Qurultayda partiyanın Məclis üzvləri də seçiləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.