Ukraynada məhbuslar könüllü səfərbərliyə cəlb olunacaqlar
AMMA ŞƏRTLƏR VAR...

Ukrayna Ali Radası məhbusların könüllü səfərbər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qanun layihəsinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, milli təhlükəsizliyin əsaslarına qarşı cinayətlər törətmiş korrupsionerlər, habelə xüsusi məsul vəzifə tutmuş şəxslər – xüsusən də deputatlar və nazirlər Ukrayna silahlı qüvvələrinin sıralarına daxil ola bilməzlər.

 

Yalnız ağır cinayət törətməmiş məhbuslar könüllü olaraq səfərbərliyə cəlb olunacaqlar.

 

Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyak bildirib ki, qəbul edilmiş qanuna əsasən, məhkumlar Ukrayna silahlı qüvvələrinin sıralarına yalnız öz istəkləri ilə və məhkəmənin qərarı ilə daxil ola bilərlər. Əvvəlcə şərti azadlığa namizəd müvafiq ərizə təqdim edir və cəzaçəkmə müəssisəsi onun Ukrayna Dövlət Penitensiar Xidmətinin səhiyyə müəssisələrində ilkin tibbi müayinədən keçməsini təşkil edir, çünki yalnız kifayət qədər fiziki hazırlıq səviyyəsinə malik olan məhkumlar və ruhi cəhətdən sağlam olanlar səfərbər olurlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.