Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin – Ceyhun Bayramovla Ararat Mirzoyanın iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.