Ermənistanın paytaxtı İrəvanın mərkəzində növbəti etiraz aksiyası başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan” prospektində yolun bir hissəsini bağlayıb.
Bundan başqa, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi tətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digər tələbələri tətilə qoşulmağa çağırırlar.
Xatırladaq ki, bundan əvvəl "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, iş adamlarına aksiya ilə bağlı müraciət etmiş, heç bir aqressiya olmadan, bir neçə gün onlara dəstək verməyə çağırmışdı: “Bölgələrimizin sakinlərinə müraciət edirəm: bu gecə geri qayıdın. İnsanlar bunun belə bir şəkildə baş verməsini, hakimiyyəti şoka salmasını istəyirlər, bizə başqa seçim qoymadılar".
"Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də etiraz aksiyalarına başlamağa çağırıram", - deyə arxiyepiskop daha sonra vətəndaşları hakimiyyətə qarşı mübarizəyə səsləmişdi...