Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir postuna təyin edilməsi haqqında fərman imzalayıb.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
**17:11
Dövlət Duması Mixail Mişustini yenidən Rusiyanın Baş naziri vəzifəsinə təsdiqləyib.
Məlumatı TASS yayıb.
Dövlət Duması plenar iclasda Mixail Mişustinin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiq edilməsinə səs verib. Məlumata görə, M. Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı Dövlət Dumasının müvafiq qətnaməsi Prezident Vladimir Putinə göndəriləcək. Səsvermədə Kommunist Partiyası bitərəf qalıb.
Bildirilib ki, onun namizədliyi ilə bağlı təklif mayın 10-da Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dumaya daxil olub. Səsvermədə M.Mişustinin namizədliyinin lehinə 375 deputat səs verib, 57 deputat bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
**11:45
Mixail Mişustinin Baş nazir postuna namizədliyi ilə bağlı təklif Dövlət Dumasına təqdim edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
“Prezident Vladimir Putin Mixail Mişustinin Baş nazir postuna namizədliyi ilə bağlı təklifi Dövlət Dumasına təqdim edib”, - Volodin sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu gün deputatlar bu məsələ ilə bağlı qərar qəbul edəcəklər.
Volodin onu da vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraq Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq: hökumətin sədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcək - deputatlar 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına qanuna dəyişikliklərlə müəyyən edilmiş yeni səlahiyyətlərini həyata keçirməli olacaqlar.