Azərbaycanda parlament seçkiləri nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Parlament seçkilərinin keçirilmə vaxtı ilə bağlı son qərar yoxdur.

 

Senzor.az bildirir ki, bu barədə bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

 

"Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır. Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk", - deyə o bildirib.

 

Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.