Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb - YENİLƏNİB

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb.


Senzor.az xəbər verir ki, danışıqlar 4 saatdan çox davam edib.

**15:47

Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib.


Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Belə ki, erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.

**

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb.


APA xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində keçirilir.


Qeyd edək ki, ikitərəfli görüşdən daha əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

**14:19

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.


APA xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.