Putin müdafiə naziri postuna yeni namizəd irəli sürdü – ŞOYQU TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ TƏYİN EDİLDİ
BƏS BAŞQA NAZİRLƏR?

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.

 

Bu barədə Federasiya Şurasının Teleqram kanalında məlumat verilib.

 

Əvvəlki hökumətdə Belousov baş nazirin birinci müavini vəzifəsində çalışırdı.

 

65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib.

 

2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib. 


Eyni zamanda Vladimir Putin Sergey Lavrovun yenidən xarici işlər naziri vəzifəsinə təyin edilməsini təklif edib. Sergey Lavrov artıq 20 ildir ki, ölkənin baş diplomatıdır.

 

Federasiya Şurası bir həftədən gec olmayaraq təqdim edilmiş namizədliyə baxılmasının nəticələri barədə Prezidentə məlumat verməlidir.

 

Qeyd edək ki, prezident seçkilərindən qabaq Rusiyanın müdafiə naziri vəzifəsini ordu generalı Sergey Şoyqu icra edirdi. Prezident bu gün  Sergey Şoyqunu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. Eyni zamanda Putin Nikolay Patruşevi başqa işə keçməsi ilə əlaqədar Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

 

Bundan əlavə Rusiya Prezidenti Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Aleksandr Bortnikovun isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə yenidən təyin olunmasını təklif edib. Müvafiq namizədlər dövlət başçısı tərəfindən Federasiya Şurasına təqdim edilib.

 

Prezidentin təkliflərinə əsasən, Viktor Zolotov Rusiya Qvardiyasının rəhbəri, Dmitri Koçnev isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində qalacaq.

 

Aleksandr Linz Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək. İdarə, xüsusilə, dövlətin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin idarəetmə mərkəzlərinin və digər xüsusi səfərbərlik vasitələrinin hazırlığının təmin edilməsinə cavabdehdir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.