Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.
Senzor.az bildirir ki, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda belə deyilir.
Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.