Tbilisinin mərkəzi iflic vəziyyətindədir: AKSİYA İŞTİRAKÇILARI YOLLARI BAĞLAYIBLAR
YENİLƏNİB, VİDEO/ FOTO

Gürcüstanın paytaxtı Tbilisidə parlament yaxınlığındakı mitinqdən sonra “Qəhrəmanlar” meydanına keçən aksiya iştirakçıları yolu bağlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hazırda “Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkəti tamamilə iflic olub.

 

Xüsusilə, meydanda yerləşən bütün yol ötürücülərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, həmçinin Varazişxevi küçəsinə giriş və Kostava küçəsinə gedən tuneldə nəqliyyatın hərəkəti iflic olub.

 

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları “Qəhrəmanlar” meydanında aksiyanın bir neçə iştirakçısının saxlanıldığını bildirdikdən sonra belə qərar qəbul ediblər.

 

Qanunun əleyhdarlarının bir qismi parlamentin binası qarşısında qalırlar.

 

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 

**20:28 (14.05.2024)



Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.

 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Onlar xırda xuliqanlıq və polisə tabe olmadıqları üçün saxlanılıb.

 

Qeyd edək ki, qanunun qəbul edilməsindən sonra polislə etirazçılar arasında gərginlik yaşanıb.

 

Hazırda parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir. Polis binanı tam nəzarətdə saxlayır. Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib.

 

**19:36

Gürcüstan parlamentinin qalmaqallı qanun layihəsini qəbul etməsindən sonra paytaxt Tbilisidə qanunverici orqanın yaxınlığında keçirilən aksiya toplantı və nümayiş qanunu ilə müəyyən edilmiş normaları aşaraq zorakılığa çevrilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

 

Məlumata görə, qanunverici orqanın yaxınlığında keçirilən aksiya zorakılıq xarakteri alıb: "Mitinq iştirakçıları parlament binasının yaxınlığında yerləşən qoruyucu bəndi zədələyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmurlar. İctimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub".

 

"Daxili İşlər Nazirliyi bir daha bütün mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa, vəziyyətin süni şəkildə gərginləşməsinə yol verməməyə çağırır, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edəcəklər”, - məlumatda vurğulanır. 

Hazırda həm xüsusi təyinatlılar, həm də Daxili İşlər Nazirliyinin digər bölmələri Rustaveli prospektinin bütün perimetrində, yəni Çiçinadze, Çitadze küçələrində yerləşdirilib.

 

Xatırladaq ki, Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

 

Qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.

 

Sənəd imzalanmaq üçün Prezident Salome Zurabişviliyə təqdim olunacaq.


**10:58


Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.


Senzor.az xatırladır ki, qanun layihəsini Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası təqdim edib.

 

Üçüncü oxunuş əsasən texniki və redaksiya məzmununun müzakirəsini nəzərdə tutur. Ona görə də bu gün parlamentdə qanun layihəsinə baxılması prosesinin başa çatacağı və qəbul olunacağı gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün Prezidentə təqdim olunacaq.

 

Qeyd edək ki, sözügedən layihə ilə bağlı bir neçə gün əvvəl başlayan, dünən isə 30-dan artıq universitetin tələbələrinin də qatıldığı genişmiqyaslı aksiya bu gün bərpa olunub. 

 

Yerli vaxtla saat 10:00-dan etibarən tələbələr universitetlərdən qanunverici orqana doğru yürüş edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.