İranın helikopter qəzasında həyatını itirən Prezidenti İbrahim Rəisi, XİN rəhbəri Hüseyn Əmir Abdullahian və nümayəndə heyəti ilə Qum şəhərində vida mərasimi keçirilir.
Senzor.az bildirir ki, vida mərasiminə on minlərlə insan qoşulub. Onlar matəm simvolu kimi qara bayraqlar dalğalandıraraq, Prezidentin xatirəsinə ağı deyirlər.
**10:43
Təbriz şəhərində helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahianla vida mərasimi başlayıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və daha 5 nəfər 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar.