İsrailin Hərbi Kabineti girovların azad edilməsi ilə əlaqədar HƏMAS-la olan dialoqu bərpa edəcək.
Senzor.az bildirir ki, yerli KİV bu barədə Baş nazirin ofisinə istinadən məlumat yayıb.
Mənbə yazıb ki, Hərbi Kabinet danışıqlar qrupuna insanların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün səyləri davam etdirməyi tapşırıb.
Danışıqların bərpa edilməsi ilə bağlı qərar İsrail Nazirlər Kabinetinin 4 saatlıq iclasından sonra verilib.