İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLADI
ƏSLİNDƏ NƏ BAŞ VERİB?

İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

 

Senzor.az bildirir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib və helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.

 

Vurğulanıb ki, İran Prezidentinin olduğu helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb.

 

Hesabatda deyilir ki, helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb. Helikopter qəzası ilə bağlı sənəd və sübutların əhəmiyyətli bir hissəsi toplanıb və onların araşdırılması üçün daha çox vaxt lazımdır.

 

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.

 

Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və daha 5 nəfər  olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.