“Vətən naminə Tavuş” etiraz yürüşünün iştirakçıları hökumət bağ evlərinə çatıblar.
Senzor.az bildirir ki, hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan orada baş nazir Nikol Paşinyanı onunla görüşə çağırıb.
"Dinc və təlatüm olmadan gedin. Sizin vaxtınız bitdi, ini bizim zamanımızdı. Biz sizi məhz bu günlə - reallıqla görüşməyə dəvət edirik, " - Qalstanyan bildirib.
O, Nikol Paşinyanla yalnız bir məsələni - onun istefasını müzakirə etməyə hazır olduğunu vurğulayıb.
Arxiyepiskop əlavə edib ki, insanlar o qədər mərhəmətlidirlər ki, onlar "baş nazirin dinc şəkildə getməsinə imkan verəcəklər". O, həmçinin qeyd edib ki, etirazçılar baş nazirdən cavab alana qədər hökumət bağlarının yanında qalacaqlar.
"Dinc, sakit şəkildə danışmağa gəlmişik. Çölə çıxın və cəsarət etsəniz gözlərimə baxın. Kirantsda baxdığınız kimi kimi baxın - ehtiyatla", – deyə hərəkatın lideri bilərək ki, baş nazir paytaxtda deyil, əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin ofisi hökumət başçısının İrəvanda olmadığını, Paşinyanın səhər saatlarında ölkənin daşqın baş verən şimal bölgəsinə yollandığını bəyan etmişdi.
Yeri gəlmişkən, İrəvanda baş nazir Nikol Paşinyanın “görüş təklifinə” reaksiyasını gözləyən etirazçılar Queen-in məşhur mahnısını oxuyurlar.
Senzor.az
**18:46
Arxiyepiskop Baqrat Qalstanyan “Vətən naminə Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd elan edilib.
Ermənistan KİV xəbər verir ki, bunu şərqşünas Qurgen Melikyan İrəvanda keçirilən mitinqdə açıqlayıb.
Qalstanyanın özünün dediyinə görə, o, katolikosdan onun 30 illik mənəvi xidmətini dondurmağı xahiş edib. Arxiyepiskop əlavə edib ki, onun ikili vətəndaşlığı var ki, bu da məhdudiyyətləri nəzərdə tutur.
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşla sərhədin delimitasiyasına başlamağa razılaşdığı bəlli olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə başçılıq edən erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.
**17:44
İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.
"News.am" xəbər verir ki, mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.
Mitinq Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.