Tbilisidə 26 may – Gürcüstanın Müstəqillik Günündə minlərlə vətəndaş “Xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyasına çıxıb.
Senzor.az bildirir ki, onlar Tbilisinin mərkəzində Melikişvili prospekti ilə yürüş etmək üçün toplaşıblar.
Ölkə prezidenti Salome Zurabişvili Gürcüstan vətəndaşlarına müraciət edib.
O, “xarici agentlər” haqqında qalmaqallı qanuna qarşı keçirilən mitinqlərdə saxlanılanların hamısına amnistiya veriləcəyini bəyan edib.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu qəbul edib. Prezident Salome Zurabişvili buna veto qoyub, lakin parlamentin bunu ləğv etmək imkanı var.
Senzor.az