Ərdoğan Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi - AZƏRBAYCAN-ERMƏNİSTAN SÜLH PROSESİ DƏ MÜZAKİRƏ EDİLİB
YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası başa çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasdan sonra yayımlanan bəyanatda Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.

 

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur. Sənəddə Türkiyənin daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstəyi bir daha ifadə olunub.

 

Bununla yanaşı, bəyanatda terrorla mübarizədə hökumətin sonadək bütün lazımi addımları atacağı qeyd edilib.

 

Həmçinin, süni intellekt sahəsində əldə edilən irəliləyişin kiberməkanda yeni təhlükələr yaratdığına diqqət çəkilib.

 

**09:42


Türkiyə Milli Təhlükəsizlik Şurasının mayın 28-də keçiriləcək toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunacaq.

 

Məlumatı “TRT Haber” yayıb.

 

Məlumata görə, toplantıda İraqın şimalında terror ünsürlərinin məhv edilməsi istiqamətində antiterror əməliyyatının davam etməsi, Suriyanın şimalında PKK/YPG terror qruplaşmasının qanunsuz seçkilərə hazırlıqlara qarşı görüləcək tədbirlər və onun bölgədə işğal etdiyi yerlərdə özünü legitimləşdirmə cəhdləri müzakirə olunacaq. Fələstin-İsrail müharibəsi, Fələstini tanıyan dövlətlərin sayının artmasına hazırlıq kimi məsələlərdən də bəhs ediləcək.

 

Şuranın iclasında digər regional və beynəlxalq məsələlər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.