“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Mətin Gürak ilə görüşüb
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.