Qalstanyan və tərəfdarları hökumətin bu gün keçiriləcək iclasını pozmaq istəyirlər - CİDDİ QARŞIDURMA OLA BİLƏR

“Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan cümə axşamı, mayın 30-da keçiriləcək iclasdan əvvəl tərəfdarlarını hökumət binası yaxınlığındakı ərazini avtomobillərlə doldurmağa çağırıb.

  

Senzor.az bildirir ki, arxiyepiskop Qalstanyan hökumətin iclasının saat 11:00-da keçirilməli olduğunu söyləyib. 

 

Çərşənbə günü axşam İrəvandakı Müqəddəs Anna kilsəsinin həyətində çıxış edən etiraz hərəkatının lideri deyib: “Mən hər kəsi öz avtomobillərində saat 10:30-da Respublika meydanına, hökumət binasına gəlməyə dəvət edirəm”.

 

Polis yolu kəssə, vətəndaşlar avtomobillərini qoyub piyada binaya yaxınlaşacaqlar. Əgər yol açıq olsa, onlar maşınlarını dövlət dayanacağında saxlamalıdırlar. Etiraz hərəkatının lideri avtomobili olmayan bütün digər şəxsləri də hökumət binası qarşısına toplaşmağa çağırıb.

 

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyasına başlanması ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb.  Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefa verməyə çağırıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.