Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvəti ilə Azərbaycana səfərə gəlib.
Senzor.az bildirir ki, Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.
Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Alaverdi Aşırov müşayiət ediblər.